Gəncədə Bakının işğaldan azad olunmasının 103-cü ildönümü qeyd edildi — FOTOLAR


DAXİLİ SİYASƏT 15 sen 2021, 13:42
Türkiyənin Gəncədəki Baş Konsulluğunda Bakının işğaldan azad olunmasnın 103-cü ildönümü qeyd edilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, konsulluğun əməkdaşları, Gəncə şəhər İcra Hakimyyətinin, şəhəri ictimayətinin nümayəndələri iştirak edib.

Baş konsul Zeki Öztürk bildirib ki, bu gün Bakının işğaldan azad edilməsinin 103 ili tamam olur. Bu, Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biridir. Konsulq qeyd edib ki, 1918-ci ilin 15 sentyabrında bu tarixin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.

Z. Öztürk qeyd edib ki, 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top