Ali Hərbi Məktəbdə andiçmə mərasimi keçirildi


HƏRBİ 13 sen 2021, 22:03

Tədris ilinin başlanması münasibətilə hərbi kadrları hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə yeni qəbul olan kursantların andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyətinin, valideynlərin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər.

Təntənəli mərasimdə çıxış edənlər kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top