Dənizdən gələn qoxu nədir? — AÇIQLAMA

SOSİAL 12 sen 2021, 13:37
“Bəzi insanlar hələ də elə bilirlər ki, Bakı bulvarında dəniz havası udmaq xeyirlidi”.

Bunu  anestezioloq-reanimatoloq həkim Şahin Məmmədov deyib.
 
Onun sözlərinə görə, bəzilərinin yod qoxusu hesab etdiyi dənizdən gələn iy əslində hidrogen-sulfid qazıdır:

“Lax yumurta iyinə bənzəyir. Bu qaz əslində yüksək dozada güclü zəhərdir, öldürücü qazdır. Dəniz havasında olan dozası isə sadəcə başağrısı yaradır, gözləri qıcıqlandırır, burnu sulandırır, yuxululuq gətirir və s.
Hidrogen-sulfid qazı dənizde yaşayan fitoplankton, dəniz yosunlarının bakteriyaları yeməsindən sonra buraxdığı qazlardır.
Məişətdə bu qazın iyi kanalizasiyalardan da gəlir, eyni qazdır”.

Həkim bildirib ki, dəniz havasında yod məsələsinə gəlincə, yoda olan gündəlik tələbat əsasən yeməklərlə ödənilir:

“Dəniz havasındakı yod gündəlik tələbat üçün olduqca azdır.
Daha bol oksigenli yerlərdə -yaşıllıq olan ərazidə gəzmək məqsədəuyğundur, nəinki dəniz sahilində”.

Ş.Məmmədovun sözlərinə görə, dəniz sahili sakitlik baxımından bəzi insanalara rahatlıq verə bilər, amma…

“Amma dəniz havasının nəmişliyi və hidrogen-sulfid qoxusu xeyirli deyil, əksinə, zərərlidir, üstəlik də bir sıra ağciyər xəstəliklərini - ən çox da bronxial astmanı, allergik riniti, allergik bronxiti kəskinləşdirə bilər”.

Həkim onu da əlavə edib ki, sahil ərazilərində - dəniz qoxusu hiss ediləcək qədər yaxınlıqda yaşayan insanlar bu qazın uzunmüddətli təsirinə məruz qalırlar. /modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top