Azərbaycanda kişi əmisi oğlunun arvadını qaçırdı

HADİSƏ 11 sen 2021, 18:41
Lerikdə kişi yaxın qohumunun həyat yoldaşını qaçırıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, A.T adlı şəxsin qaçırdığı qadın əmisi oğlu Y.L.-nın həyat yoldaşıdır.

Sosial şəbəkədə yayılan məlumatlara görə, hadisə ilə bağlı şəxslər arasında mübahisə yaşanıb.

Hüquq-mühafizə orqanları faktı Oxu.Az-a təsdiq edib.

Sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsinin İstintaq qrupu tərəfindən araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top