Ceyhun Bayramov diplomatları TOPLADI

SİYASƏT 09 sen 2021, 19:34
9 sentyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi və nazir müavinləri, xüsusi tapşırıqlar üzrə səfirlər, XİN-in aidiyyəti struktur bölmələrinin və diplomatik nümayəndəliklərimizin rəhbərlərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, müşavirənin əsas məqsədi cari ilin sonunadək keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlərdə ölkəmizin səmərəli iştirakının təmin olunması ilə bağlı müzakirələrin aparılmasından ibarət olub. 

Nazir ölkəmizin sözügedən tədbirlərdə layiqincə təmsil olunması, lazımı səviyyədə və fəal şəkildə iştirakın təmin olunmasının əhəmiyyətini, habelə bu məqsədlərə nail olmaq üçün müvafiq əlaqələndirmə işlərinin gücləndirilməsi və bütün imkanların səfərbər edilməsinin vacibliyini vurğulayıb.

Müşavirə zamanı ölkəmizin beynəlxalq təşkilatlar yanında diplomatik nümayəndəliklərinin rəhbərləri çıxış edib və qarşıdan gələn tədbirlər, həyata keçirilən hazırlıq işləri, bu xüsusda irəli sürdükləri təklifləri səsləndiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top