14 yaşlı oğlan bədbəxt hadisə nəticəsində xəsarət aldı

HADİSƏ 09 sen 2021, 08:30
Samux rayonunda traktor təkərinin təmiri zamanı təkər partlayıb və yoldan keçən yeniyetməyə dəyərək ona xəsarət yetirib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Kolayr kəndində qeydə alınıb. Samux rayon sakini, 2007-ci il təvəllüdlü S.Bağırov təkər təmiri sexinin qarşısından keçən zamanı anidən traktor təkəri ona çırpılıb və xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Qeyd edək ki, yol kənarında yerləşən təkər təmiri sexində traktor təkərinə hava vurulan zaman anidən təkər partlayıb və təzyiqin gücündən kənara düşərək yeniyetmə oğlana dəyib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top