Gürcüstanda ali məktəblərə qəbul olunan azərbaycanlıların sayı artıb

DİASPOR 08 sen 2021, 16:05
2021-2022-ci tədris ili üzrə Gürcüstanın ali məktəblərinə 1 072 nəfər azərbaycanlı abituriyent qəbul olub.

Bu barədə “Report”un yerli bürosunu sorğusuna cavab olaraq Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onların 1 033-ü milli azlıqlar üçün nəzərdə tutulan “1+4” proqramı üzrə qəbul olunub. Dövlət qrantı əldə edən tələbələrin sayı isə 99 nəfər təşkil edir.

Əvvəlki dərs ili ilə müqayisədə Gürcüstanda tələbə adını qazanan soydaşlarımızın sayı 116 nəfər artıb. Universitetlərə qəbul olunan erməni abituriyentlərin sayı (296 nəfər) isə azərbaycanlılarla müqayisədə 3,6 dəfə azdır.

Azərbaycanlı tələbələrin böyük əksəriyyəti Gürcüstan Texniki Universiteti (338 nəfər), İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (301 nəfər) və İlya Dövlət Universitetində (208 nəfər) təhsil alacaqlar.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top