Rusiya Araiki dəstəkləyir, Gəncəbaşı rus bayrağını sevir

GÜNDƏM 08 sen 2021, 11:35
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rus bayrağı sevgisi sosial şəbəkədə böyük ictimai qınağa səbəb olub. 

Demokrat.az xəbər verir ki, Gəncədə keçirilən rəsmi tədbirdə Milli Məclisin milliyyətcə rus olan deputatı Mixail Zabelinlə yan-yana oturan icra başçısı N. Bayramovun qarşısında Rusiya bayrağının qoyulması tənqidlə qarşılanıb. Deputat Rusiya Dumasının üzvü olsaydı, rus bayrağının masaya qoyulmasını başa düşmək olardı. Amma Zabelin Azərbaycan parlamentində çalışır, bu ölkənin vətəndaşıdır, bizim pasportu daşıyır, azərbaycanlı seçicidən səs istəyir, rus bayrağı burada nə gəzir?!

Qeyd edək ki, Gəncə İH, Gəncə Şəhər Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyasının dəstəyi, Azərbaycan Rus İcmasının, Rusiya səfirliyinin, Mədəniyyət və İnformasiya Mərkəzinin, “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyinin, habelə “VTB” Bankın təşkilatçılığı ilə Gəncə şəhərində “Uşaqların məktəbə hazırlığına dəstək ol!” aksiyası çərçivəsində tədbir keçirilib.

Zabelin Azərbaycan Rus İcmasının sədri olsa belə, o Milli Məclisdə hansısa icma yox, Qaradağ-Binəqədi Yasamal seçki dairəsindən seçilib. Zabelin hətta Rusiyada rəsmi səfərdə olsa, onun qarşısına Rusiya yox, məhz Azərbaycan bayrağı qoyulmalıdır və qoyulur da. Çünki Zabelin Azərbaycanı, Azərbaycan xalqını təmsil edir, Rusiyanı yox. Görünür, Niyazi Bayramovun Rusiyaya yarınmaq üçün əlinə fürsət düşüb. Rusiya tərəfi son günlər antiAzərbaycan mövqe sərgiləyir, rus həmsədr separatçı Araiklə görüşür, Rusiya Müdafiə Nazirliyi saytından “Dağlıq Qarabağ Respublikası” sözünü çıxarmır, Cavad xan kimi qəhrəmanı olmuş şəhərin indi başçısı N. Bayramov rus bayrağı qoyur.(reportyor.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top