Sumqayıtda iki uşaq anası itkin düşdü — FOTO

HADİSƏ 08 sen 2021, 09:22
Sumqayıtda 1993-cü il təvəllüdlü Abdulova Gültəkin Əkbər qızı itkin düşüb.

Bu barədə “Report”a qadının həyat yoldaşı B.Abdulov məlumat verib.

B.Abdulovun sözlərinə görə, avqustun 22-də yaşadığı evdən çıxıb və bu günə qədər geri qayıtmayıb. Ailə üzvləri bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər. Tanışları G.Abdulovanı son dəfə Şəhidlər Xiyabanında görüblər.

Qeyd edək ki, qadının iki övladı var. G.Abdulovanın psixoloji problemi var. Onu görənlərdən və ya qadın barəsində məlumatı olanlardan 055 813 67 93 telefon nömrəsində zəng etmələri xahiş olunur.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top