Hərbçilərimiz Rusiyadan qayıtdılar

HƏRBİ 07 sen 2021, 19:36
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Tank biatlonu” və "Mədəniyyət Ordusu" müsabiqələrində iştirak edən komandalarımız Bakıya qayıdıb.
 
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Müsabiqələrdə uğurla çıxış edən hərbçilərimizin qarşılanma mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilib.
 
Qeyd edək ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu", İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edərək yüksək nəticələr göstərib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top