Vəzifədən azad olunan Aparat rəhbəri: "Öz ərizəmlə çıxdım"

GÜNDƏM 06 sen 2021, 12:11
Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov vəzifəsindən azad olunub.

Bu barədə "Report"a N.Zeynalov özü məlumat verib.

O bildirib ki, öz ərizəsi ilə nazirliyin Aparat rəhbəri vəzifəsindən çıxıb: "Vəzifəmdən istefa verdim, çoxdandır bunu xahiş edirdim. Axır ki, icazə verdilər. Vəzifədən çıxmağıma səbəb isə elmi fəaliyyətimi davam etdirmək məqsədi olub. Fəaliyyətimi Azərbaycan Tibb Universitetində davam etdirirəm. Çünki iki işi bir yerdə görmək mümkün olmayıb.

Xatırladaq ki, N.Zeynalov 2019-cu ildən nazirliyin Aparat rəhbəri vəzifəsində çalışırdı.

N.Zeynalovun vəzifəsindən azad olunması barədə ilk xəbəri unikal.org saytı yayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top