Ukrayna vətəndaşlığına qəbul edilən azərbaycanlıların ümumi sayı məlum oldu

DİASPOR 06 sen 2021, 11:19
Sovet İttifaqı dağılandan sonra Ukrayna tərəfindən vətəndaşlığa qəbul edilən Azərbaycan vətəndaşları ilə bağlı statistika açıqlanıb.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən (DMX) “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu, DMX-nin fəaliyyətə başladığı 2012-ci ildən hesablanıb.

Statistikaya görə, 2012-ci ildən 2021-ci il avqustun 1-ə qədər 4 302 Azərbaycan vətəndaşı Ukrayna vətəndaşlığına qəbul olunub.

Bunlardan 299 nəfəri Ukrayna Prezidentinin Fərmanı ilə vətəndaşlığa qəbul edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top