Balakəndə ikimərtəbəli ev yanaraq külə döndü

HADİSƏ 04 sen 2021, 10:27
Balakən rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Qabaqçöl qəsəbəsində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 300 kvadratmetr (hər mərtəbəsi 150 kvadratmetr) olan ikimərtəbəli yeddi otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top