Azərbaycan Qarabağdakı qanunsuz operatorların fəaliyyətinə “əl gəzdirir”

SOSİAL MEDİA 28 avq 2021, 21:11
Nəhayət ki, Azərbaycan Qarabağda qanunsuz fəaliyyət göstərən telekommunikasiya operatorlarının fəaliyyətinə də “əl gəzdirməyə” başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz qeyd edib.

O bildirib ki, bunu “Artsax ombudsmanı"nın Rusiya sülhməramlılarına şikayətindən də hiss etmək olur:

"Qondarma ombudsman sülhməramlılara şikayət edib ki, Azərbaycan texniki vasitələrin köməyi ilə Qarabağda mobil rabitə və internetin işini əngəlləyir.

Son günlər Ağdərədə, Şuşa ətrafında, Xocavənddə və Xankəndində yaşayan ermənilər və bura səfər edən ermənilər sosial mediada mobil rabitənin və internetin fəaliyyətindən şikayətlər edirlər.

Məlumdur ki, Karabakh Telecom mobil operatoru 20 ildir ki, beynəlxalq telekommunikasiya qurumlarından müvafiq kodlar alaraq bizim ərazilərimzidə qanunsuz fəaliyyət göstərir.

44 günlük müharibə zamanı bu operator və onların telekommunikasiya infarstruktru darmadağın edilmişdi".

""Artsax"ın qondarma hərbi-siyasi rəhbərliyi Karabakh Telecom-un da livanlı sahiblərini qovmuş və qondarma prezident Arutunyan bu operatoru zorla ələ keçirmişdi. Hazırda bu mobil operator ona məxsusdur.

Müharibədən sonra Ermənistan və Rusiya sülhməramlılarının köməyi ilə Karabakh Telecom-un fəaliyyəti bərpa edilib və Ermənsitan üzərindən internet və digər telekommunikasiya xidmətləri alırlar.

Əgər hansısa bir xarici operator bizim tezlik resursundan istiafdə edib bizim ərazilərimizdə fəaliyyət göstərirsə onun fəaliyyəti çoxdan bloklanmalıydı.

Əgər ermənilər münaqişəni dinc yolla nizamlamağa mane olurlarsa doğru yanaşma o ola bilər ki, Karabakh Telecom mobil opeatoru uzun illər qanunsuz biznesinə görə cavab versin, mobil rabitə üçün Azərbaycanın müvafiq qurumlarından lisenziya alsın və internet trafiki də Delta Telekom və ya Azertelecom üzərindən götürsün.

Onsuz da əvvəl-axır Caucasus Online da Azərbaycan tərəfinin nəzarəti altına keçəcək və nəinki Qarabağın, elə Ermənistanın da trafiki nəzarət altında olacaq", - deyə O.Gündüz bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top