Rusiyanın Detsl ləqəbi ilə tanınan məşhur rep ifaçısı Kirill Tolmatski 35 yaşında dünyasını dəyişib.
Demokrat.Az Report-a istinadən xəbər verir ki, bu barədə onun atası Aleksandr Tolmatski öz “Facebook” səhifəsində yazıb.
“Kirill artıq yoxdur…”, — deyə o bildirib.
A.Tolmatski oğlunun ölüm səbəbini açıqlamayıb.
Lakin repçinin konsert direktoru Pavel Belenets Kirill Tolmatskinin ölümünə səbəb ürək tutması olub.
Detslın son günlərini Rusiya üzrə səyahətlərə həsr etdiyi bildirilir.