Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı

HADİSƏ 29 apr 2024, 17:22
Bakının Səbail rayonunda avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Demokrat.az-a verilən məlumata görə, “Toyota Prado” markalı, 01-CJ-733 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Pərviz Elşad oğlu Muradov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarına əsasən, sürücü P.Muradovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 15 sutka inzibati həbs olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top