Keniyada bəndin uçması nəticəsində 42 nəfər ölüb

DÜNYA 29 apr 2024, 18:14
Keniyada Köhnə Kicabe bəndinin uçması nəticəsində 42 nəfər ölüb.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, bəndin çökməsi nəticəsində evlərə və yollara ziyan dəyib.

Səlahiyyətlilər, bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Qeyd edək ki, mart ayında bölgədə baş verən daşqınlar nəticəsində 103 nəfər həyatını itirib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top