Kanadada yanğın: Minlərlə insan təxliyə edildi

DÜNYA 15 may 2024, 18:41
Kanadanın “Wood Buffalo” bölgəsində davam edən meşə yanğınları səbəbilə minlərlə insanın təxliyə edilməsinə qərar verilib. 

Demokrat.az
xəbər verir ki, bu barədə “CBC News” məlumat yayıb.

Məlumata görə, baş verən yanğınlardan sonra bölgədə  fövqəladə vəziyyət elan edilib. 

Hadisə nəticəsində təxminən 21 min hektar meşə sahəsi yanıb və yanğın yaşayış məntəqələrinə yaxınlaşıb.

Bununla əlaqədar bölgədən 6 min insanın təxliyə edilməsinə qərar verilib.

Səlahiyyətlilər evlərini tərk edə bilməyənlərdən təxliyə məntəqələrinə məlumat vermələrini istəyib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top