Məşhur rejissor ölkəsindən qaçdı

DÜNYA 15 may 2024, 18:28
Kann və Berlinale festivallarında mükafatlar qazanan iranlı rejissor Məhəmməd Rəsulof Avropaya qaçıb.

Demokrat.az
xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, buna səbəb rejissorun milli təhlükəsizlik ittihamı ilə həbs cəzasına məhkum edilməsi olub.

M.Rəsulofun Avropanın hansı bölgəsinə qaçdığı isə açıqlanmayıb.

Qeyd edək ki, ötən gün Rəsulof İnstaqram səhifəsində İran hökumətini pisləyən, rejimin qəddar və zalım olduğunu bildirən paylaşım edib.

Daha sonra ölkənin dağlıq sərhədini keçdiyini əks etdirən video yayımlayıb. 

İranda filmlərinə qadağa qoyulan Resulof xaricdə çoxlu mükafatlar almış sənətçidir. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top