Çində yeni balıq növü tapıldı

DÜNYA 15 may 2024, 20:50
Çinin Quicou əyalətində çinli tədqiqatçılar tərəfindən karst mağarasında kor balıq növü aşkar edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, çinli tədqiqatçılar "Sinocyclocheilus guiyang" adlı bu balıq növünün gözünün olmadığını bildirib:

“Bu növ balıqların bəzilərinin heç gözləri yoxdur, bəzilərinin isə qeyri-funksional və ya dəri ilə örtülü gözləri var. 

Bu balıqlar ətraf mühitin artan çirklənməsi səbəbindən təhlükə altındadırlar. 

Bu nadir növ 2024-cü ildə yalnız bir dəfə müşahidə edilib.

İndiyə qədər isə cəmi 25 dəfə görülüb”.

Qeyd edək ki, araşdırma "Zoosystematics and Evolution" jurnalında dərc olunub.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top