İlhan Aşkın: "Azərbaycana dəstəyimi davam etdirəcəyəm"

GÜNDƏM 16 may 2024, 08:42
"Məhkəmədən pozitiv ayrıldıq. Erməni diasporu və səfirliyinin şikayətlərinin əsassız olduğunu sübut etdik".

Bunu Demokrat.az-a açıqlamasında Niderland Türk-Azərbaycan Dərnəyinin sədri İlhan Aşkın deyib. O, Azərbaycana dəstək verməyə davam edəcəyini vurğulayıb:

"Erməni diasporu 2011-ci ildə Hollandiyada qondarma erməni soyqırımı abidəsi inşa etmək istəyirdi. 50 min imza toplayaraq bunun reallaşmasının qarşısını aldım. Xocalı Soyqırımı abidəsi inşa edildi. Bu da onların narazılığına səbəb oldu. Təəssüf edirəm ki, Türkiyə vətəndaşı olduğum üçün məhkəmədə nə Azərbaycan səfirliyindən, nə də diasporundan diqqət, dəstək gördüm.  Hər zaman Azərbaycanın haqlı davasına dəstəyimi davam etdirəcəm.

İki həftə sonra məhkəmənin qərarı elan olunacaq. Nəticə nə olur olsun buna hazıram. 10 ildir dediyim sözün arxasındayam".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top