“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Bakıda keçiriləcək COP29 sammitində iştirak etmək niyyətində olması müsbət hadisədir. Bu, iki ölkə arasında etimad mühitin yaranmasına, ilkin sülh müqaviləsinin imzalanması yönündə müsbət təəssürata səbəb olacaq. Bir sözlə, bu, tarixi bir hadisə ola bilər. Lakin Mirzoyanın Bakıya gəlməsi müqabilində İrəvanın nəsə bir tələb irəli sürməsi doğru deyil”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. T.Rzayev bildirib ki, COP29 tədbiri Azərbaycanın deyil, BMT-nin tədbiridir. Rəsmi Bakının bu tədbirə sadəcə ev sahibliyi etdiyini qeyd edən ekspert Ermənistanın BMT-nin tədbirində iştirak etmək üçün şərt irəli sürməsinin çox absurd olduğunu hesab edir:
“Ermənistanın “Hraparak” qəzeti hər zaman belə qərəzli yazılar yazır. Mirzoyanın Baş nazir Nikol Paşinyanın razılığı ilə Bakıya səfəri zamanı erməni diversantların danışıqlar çərçivəsində qaytarılmasını istəməsinə dair dəqiq məlumat yoxdur. Belə bir istək indiki məqamda prosesi ləngidə bilər. Ümumiyyətlə söhbət hansı diversantlardan gedir, bu da məlum deyil”.
T.Rzayev söyləyib ki, bu gün Ermənistanla Azərbaycan arasında sülh danışıqları gedir və tərəflər hazırda mübahisəli məqamlardan bəhs etmir:
“Son zamanlar isə ciddi nailiyyətlər əldə edilib. Bu vəziyyəti qoruyub saxlamaq lazımdır. Prosesi dalana dirədəcək məqamlardan uzaq qalmaq lazımdır. Maksimum güzəşt və kompromistlə sülhü təmin etmək lazımdır. Qalan məsələlərə sülh müqaviləsindən sonra da baxmaq olar”.
Siyasi şərhçinin fikrincə, Ermənistan vəziyyətdən istifadə etməlidir:
“Çünki bugünkü vəziyyət 30 il ərzində ilk dəfədir yaşanır. Bakıda qeyd olunan məsələnin müzakirə ediləcəyini düşünmürəm. Bakıda daha çox sülh müqaviləsi müzakirə ediləcək”.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək COP29 sammitində iştirak etmək niyyətindədir. “Hraparak” qəzeti yazıb ki, Mirzoyan Baş nazir Nikol Paşinyanın razılığı ilə Bakıya səfəri zamanı erməni diversantların danışıqlar çərçivəsində qaytarılmasını istəyəcəyini bildirib.
Törə Zeynallı
Demokrat.az