Minaların təmizlənməsi zamanı həlak olan şəxslərə şəhid statusu verilə bilər. Bu məsələ bir neçə dəfə Milli Məclisdə müzakirə olunub. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov bir müddət öncə bu barədə parlamentdə çıxış etdi. O qeyd etdi ki, Vətən müharibəsindən indiyə kimi keçən dörd ildə ilk dəfə ANAMA əməkdaşı mina partlaması nəticəsində həyatını itirdi: "Bu hadisə Xankəndidə tələ minasının partlaması nəticəsində baş verdi. Ona görə, biz ANAMA olaraq, minatəmizləmə prosesi zamanı həyatını itirən əməkdaşlarımıza şəhid statusunun verilməsini təklif edirik".
Məsələ bu gün yenidən gündəmə gəlib. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı komitə sədri Arzu Nağıyev buna toxunub. A.Nağıyev qeyd edib ki, minatəmizləyənlərə şəhid statusunun verilməsi sözügedən qanunun predmeti deyil: "Bununla əlaqədar digər aidiyyəti qanunlarda dəyişikliklər təklif edilə bilər. Minatəmizləyənlərə güzəşt və imtiyazların tətbiqi üçün də müvafiq qanunlara dəyişiklik vacibdir. Bu haqda da aidiyyəti qurumlarla danışıq aparılıb”, - deyə millət vəkili vurğulayıb.
İlahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib. A.Hacıbəyli parlamentdə bu məsələnin qaldırılmasını müsbət dəyərləndirir:
“Müharibə qurtarmış kimi görünsə də, bu gün azad edilmiş ərazilərdə atəş saçan bombalar var, partlamamış minalar qalıb. Bu minalar gecə-gündüz potensial təhlükədir. Bu təhlükələrin qarşısını almağa çalışan, minaları zərərsizləşdirən insanlarımız öz həyatlarını təhlükəyə atırlar. Şərt deyil ki, düşmən gülləsinə tuş gəlib şəhid olasan. Bizim minaya düşən nə qədər şəhidimiz oldu. Minalarla mübarizə də savaş meydanının bir parçasıdır. Fəaliyyət zamanı minatəmizləyən şəxs həlak olarsa, ona şəhid statusunun verilməsi çox yerində verilmiş bir qərardır”.
Törə Zeynallı
Demokrat.az