Əfqanıstanda hərbi helikopter qəzaya uğradı

DÜNYA 15 may 2024, 20:27
Əfqanıstanın Qor vilayətində hərbi helikopter qəzaya uğrayıb.

Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkənin Firuzkuh rayonunda Mİ-17 tipli hərbi helikopter texniki nasazlıq səbəbindən təcili eniş edib və yerə çırpılıb. 

Hadisə nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top