Borrell: Aİ ölkələrinin Fələstin dövlətini tanımasını gözləyirik

DÜNYA 29 apr 2024, 20:55
“Avropa İttifaqının bir çox ölkəsi Fələstin dövlətini tanıyacaq”.

Demokrat.az
xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell deyib.

O bildirib ki, bəzi Avropa İttifaqına üzv ölkələr Fələstini dövlət kimi tanıya bilər:

“Bunun üçün hətta vaxt proqnozu da verə bilərik. Düşünürəm ki, bir çox ölkə may ayının sonuna qədər Fələstini dövlət kimi tanımağa qərar verəcək”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top