Almaniyada köşkdə partlayış: Ölən və yaralananlar var

DÜNYA 16 may 2024, 18:09
Almaniyanın Düsseldorf şəhərində yaşayış binasının birinci mərtəbəsindəki köşkdə partlayış baş verib. 

Demokrat.az
xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, partlayış zamanı yanğın baş verib və əraziyə yanğınsöndürmə briqadaları göndərilib. 

Alov yuxarı mərtəbələrə və ərazidəki avtomobillərə keçib. 

Yanğınsöndürmə idarəsindən verilən açıqlamada 3 nəfərin öldüyü, 16 nəfərin xəstəxanalara aparıldığı bildirilib. 

Yanğının səbəbi hələlik məlum deyil.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top