“Ağ çiçəyim” yanğından sonra... — VİDEO

HADİSƏ 16 may 2024, 17:34
Xəbər verdiyimiz kimi, ötən gün Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Ağ çiçəyim” gül mağazasında yanğın baş verib. 

Demokrat.az xəbər verir ki, mağazada başlayan yanğın əraziyə bitişik obyektlərə keçməsinə imkan verilmədən söndürülüb. 

Yanğın nəticəsində ümumi sahəsi 1450 kv.m. olan bir-birinə bitişik obyekt və evlərdən, ümumi sahəsi 590 kv.m. olan gül mağazası, ümumi sahəsi 50 kv.m. olan geyim mağazası, ümumi sahəsi 240 kv.m. olan ikimərtəbəli restoranın damına çəkilmiş 30 kv.m. tent və bitişik içərisində su qızdırıcısı quraşdırılmış 5 kv.m. sahədə dolab və 2 ədəd ötürücü qüllə yanıb. 

Bu gün isə mağazanın yanğından sonrakı vəziyyətini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. 

Həmin görüntüləri təqdim edirik: 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top