Paytaxtda yeni avtobus dayanacaqları quraşdırılır

SOSİAL 29 apr 2024, 19:20
Bakıda 86 dayanacaq pavilyonunun quraşdırılması nəzərdə tutulur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında qeyd olunur ki, mobilliyin transformasiyası proqramı çərçivəsində AYNA paytaxtda avtobus dayanacaq pavilyonlarının quraşdırılmasını və yenilənməsini davam etdirir: “Ərazilər üzrə təhlillər aparılaraq ictimai nəqliyyat istifadəçiləri üçün dayanacaq məntəqələrində müvafiq şərait yaradılır. Belə ki, mövcud yol infrastrukturunun vəziyyəti nəzərə alınaraq paytaxtda böyük, kiçik və dar səkilər üçün ikidayaqlı pavilyonlar quraşdırılır”, - deyə məlumatda bildirilir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında deyib ki, ictimai nəqliyyat üçün nəzərdə tutulmuş dayanacaqların dəyişdirilməsinə ehtiyac var:

“Yeni dayanacaqların quraşdırılması təqdirəlayiq haldır. Paytaxtda elektrik mühərrikli avtobuslar istifadəyə veriləcək. İki elektrobus marşruta buraxılıb və özünü doğruldub. Rahatlıq, təhlükəsizlik və qənaət baxımından bunlar daha əlverişlidir. Ekoloji təmiz nəqliyyat vasitələri paytaxtda nə qədər çox olarsa, ətraf mühitin qorunmasına da bir o qədər töhfə verər.

Mobilliyin transformasiyasına gəlincə isə biz hələ Bakıda mobilliyə nail olmamışıq. Amma istənilən halda belə proqramların olması yaxşıdır. Yaxşı olar ki, paytaxtda mobilliyə nail olaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 may 2024, 20:42
16 may 2024, 20:08
Top