Azərbaycanda səfərdə olan Çinin Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminlə Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.
Bu barədə Demokrat.az-a Heydər Əliyev Fondundan məlumat verilib.
Bildirilib ki, görüşdə iki qurum arasındakı əməkdaşlıq, eyni zamanda bu əməkdaşlığın dövlətlərarası və xalqlararası əlaqələrin inkişafına verəcəyi töhfə müzakirə edilib.