Tehran Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub. Orta təhsilini Qusar rayonunda alıb, 1989-cu ildə orta məktəbi bitirib. 1990-cı ildən 6 yanvar 1992-ci ilədək Sovet Ordusunun sıralarında hərbi xidmət keçib, Azərbaycan Milli Ordusunda xidmətə başlayıb. Könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanıb və müxtəlif istiqamətlərdə gedən döyüşlərdə fəal iştirak edib. 1992-ci ilin fevralından Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində kurs keçib, bir il sonra leytenant rütbəsi alıb. 2011–2013-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsilini davam etdirərək birinci sırada təhsilini tamamlayıb.
Demokrat.az-ın xəbərinə görə, Birinci Qarabağ müharibəsində könüllü iştirak etdikdən sonra hərbi təhsil alaraq leytenant rütbəsində ordu sıralarında xidmətə başlayıb. Taqım komandirliyindən briqada komandirliyinə kimi Qarabağ bölgəsində xidmət edib.
2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlayaraq, Şahbuz rayonundakı hərbi hissənin komandiri kimi xidmət edib. 2021-ci ilin iyun ayınadək Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmətini davam etdirib. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışıb.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti olan Tehran Mənsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində fəal iştirak edib. Ələlxüsus, noyabrın 4-dən 8-nə qədər davam edən Şuşanın azadlığı uğrunda döyüşlərində şəhərə girən ilk zabitlərdən olmuşdur.

Polkovnik-leytenant Tehran Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
Polkovnik Tehran Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2017-ci il tarixli 3006 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.
T.Mənsimov İkinci Qarabağ müharibəsinin əsas qəhrəmanlarından və simvollarından biridir. Onun şücaəti və igidliyi danışılmaqdadır. Polkovnik bu xidmətlərinə görə, orden və medallara layiq görülüb:
15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni;
29 dekabr 2020-ci ildə "Şuşanın azad olunmasına görə" medalı ilə;
24 iyun 2021-ci ildə "Füzulinin azad olunmasına görə" medalı ilə;
24 iyun 2021-ci ildə "Xocavəndin azad olunmasına görə" medalı təltif olunub.

Zaur
Demokrat.az