Hindistan Rusiyadan gizli raket alır

HƏRBİ 06 may 2025, 16:39
Rusiya Hindistan Hərbi Dəniz Qüvvələrinə idarə olunan raket silahları verə bilər. 

Demokrat.az
xəbər verir ki, bu barədə “The Times of India” qəzeti yazır.

Nəşr bildirir ki, “Tamal” gizli idarə olunan raket freqatı təxminən bir ay ərzində bütün sınaqlar başa çatdıqdan sonra Kalininqradda Hindistan Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.

Hindistan Hərbi Dəniz Qüvvələri gəminin ölkənin dəniz imkanlarını artıracağını gözləyir.

Fevral ayında Rusiya və Hindistan iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı fəaliyyət prosedurlarını sadələşdirən saziş imzalayıblar.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top