Evli cütlüyün qarajında çıxan yanğın nəticəsində iki “Tesla” avtomobili və evləri yanaraq külə dönüb.
Demokrat.az xəbər verir ki, Kaliforniya ştatının San Ramon şəhərində gecə şarja qoyulan “Tesla Model S” elektrikli avtomobili qarajda yanmağa başlayıb. Yanğına səbəb avtomobilin elektrik naqillərindəki problem olub. Evli cütlük yanğın siqnalının gurultusuna yuxudan oyansa da heç bir şey edə bilməyib. Yananmağa başlayan 2013 “Tesla Model S” avtomobilinin alovları ikinci elektrikli avtomobilə də sıçrayıb. Tez bir zamanda alov bütün evi bürüyüb. Yanğınsöndürənlər gəlsə də qarajda olan partlayış səbəbindən yanğına yaxınlaşa bilməyib. Yanan ev və avtomobillərlə birlikdə dəymiş zərərin 1 milyon dollar olduğu təxmin edilib.
“Tesla” həvəskarı olan ev sahibi sığorta ödənişindən benzin mühərriki olan “Audi” markalı avtomobil alıb. “Tesla” şirkəti baş verənlərlə maraqlanmayıb, yanmış avtomobillər həftələrcə həyətdə qalaraq problemin aşkar edilməsini gözləyib. Ev sahibi bildirib ki, fəaliyyətdə olmayan heç bir yanacaqla çalışan avtomobil alışıb yanmır, elektrikli avtomobil isə nəinki özü yandı, bütün evi də külə döndərdi.(avtosfer.az)