İsrail İranı kaset bombalarından istifadə etməkdə ittiham edir

DÜNYA 19 iyun 2025, 20:09
İran İsraillə hərbi münaqişə başlayandan bəri ilk dəfə kasetli raketdən istifadə edib.

Demokrat.az
xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.bMəlumatda deyilir ki, bu gün İran ilk dəfə olaraq kasetli sursat olan raketlə İsrail şəhərlərinə hücum edib.

İsrail iyunun 13-nə keçən gecə İranı hərbi nüvə proqramını həyata keçirməkdə ittiham edərək əməliyyata başlayıb. Hücumun hədəfi nüvə obyektləri, yüksək rütbəli hərbçilər, aparıcı nüvə alimləri, hava bazaları, hava hücumundan müdafiə sistemləri və yer-yer tipli raket buraxılış qurğuları olub.


Əfsanə Kamal
Demokrat.az 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top