Yaponiya öz vətəndaşlarını İran və İsraildən quru yolu ilə qonşu ölkələrə təxliyə etməyə başlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat verib.
Məlumata görə, İsraildə bir neçə min, İranda isə 280 Yaponiya vətəndaşı var. Yaponiya hökuməti tərəfindən təşkil edilən avtobus karvanları Təl-Əvivdən İordaniyaya və Tehrandan Azərbaycana yola düşür.
Məlumata görə, vətəndaşların mümkün təxliyəsinə hazırlıq üçün Cibutidəki bazaya Quru Özünümüdafiə Qüvvələri və Hava Özünümüdafiə Qüvvələrinin 120 əməkdaşını daşıyan iki Kawasaki C-2 hərbi nəqliyyat təyyarəsini göndərib.
Əfsanə Kamal
Demokrat.az