Almaniya İsraillə 4 milyon avroluq silah müqaviləsi imzalayıb

DÜNYA 19 iyun 2025, 18:49
Almaniyanın yeni hökuməti İsrailə təxminən 4 milyon avro dəyərində silah ixracını təsdiqləyib.

Demokrat.az
xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi məlumat verib. 

7 may-10 iyun tarixləri arasında İsrailə 3 milyon 986 min avro dəyərində silah tədarük edilməsinə icazə verilib. Almaniyada silah ixracına İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi, Xarici İşlər Nazirliyi və İqtisadi İşlər və İxrac Nəzarəti üzrə Federal İdarə (BAFA) birgə qərar verir.

Kritik vəziyyətlərdə Federal Təhlükəsizlik Şurası baş nazirin və digər nazirlərin iştirakı ilə işə qarışır və yekun qərarı verir. Almaniyanın üçüncü ölkələr vasitəsilə İsrailə silah ixracı ilə bağlı rəsmi açıqlama yoxdur. Bu mövzuda ictimaiyyətə aydın bir məlumat əksini tapmayıb. 


Əfsanə Kamal
Demokrat.az 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top