Ən nüfuzlu “qanuni oğrulardan” birinə qarşı cinayət işi açılıb

DÜNYA 19 iyun 2025, 19:51
Moskvada kriminal rəhbəri Merab Suxumskiyə qarşı cinayət işi açılıb.

Demokrat.az
xəbər verir ki, Moskva hüquq-mühafizə orqanları kriminal rəhbərlərdən birinə qarşı cinayət işi açıb.

Təqsirləndirilən şəxs 1985-ci ildən Rusiyada kriminal dairələrdə qeyri-rəsmi avtoritet statusuna malik olan 64 yaşlı kişidir.  O, bir neçə dəfə məhkum olunub və hazırda xaricdə gizlənir.  Hüquq-mühafizə orqanları onun yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görür.

Onun adı “Yaponçik” və “Ded Xasan” kimi kriminal avtoritetlərin ölümündə hallanır.

Əfsanə Kamal
Demokrat.az 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top