İraqda iri neft emalı müəssisəsinə raket zərbəsi endirilib

DÜNYA 01 avq 2021, 00:20
İraqın şimalında neft şirkətlərindən birinə məxsus iri müəssisə raket hücumuna məruz qalıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “Əs-Sumariya” telekanalı məlumat yayıb.

Sözügedən müəssisənin Bağdaddan 200 kilometr şimal-qərbdə Səlahəddin əyalətində yerləşdiyi ehtimal olunur.

Atılan mərminin kustar üsulla hazırlandığı qeyd olunsa da, hadisə zamanı ölən və ya yaralıların olub-olmaması açıqlanmayıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top