Dövlətin kirayə verdiyi evlərin sayı AÇIQLANDI

SOSİAL 31 iyl 2021, 23:14
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Demokrat.az xəbər verir ki, 2021-ci ilin əvvəlindən iyul ayının sonuna qədər fond tərəfindən 3 336 borcalana 53 043 400 manat civarında ipoteka krediti verilib.

Ümumilikdə isə bu günə qədər fond 34 798 borcalana 1 863 244 947 manat məbləğində ipoteka krediti verib.

Vətəndaşlar 2020-ci ilin mart ayından etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə müraciət etməyə başlayıb və bu günə qədər ümumi 915 mənzil satmaq öhdəliyi kirayəçilərin istifadəsinə verilib.

Təkcə 2021-ci ilə nəzər saldıqda isə ilin əvvəlindən iyul ayının 1-nə dövlət xətti ilə kirayəçilərə satmaq öhdəliyi ilə 499 mənzil təqdim edilib.

Fondun məlumatında qeyd edilib ki, zəmanət və subsidiya mexanizmi ilə 231 718 000 manat məbləğində kredit maliyyələşdirilib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top