İrandan Azərbaycanla Ermənistana ÇAĞIRIŞ


REGİON 29 iyl 2021, 18:54
“İran regionda sülhün bərqərar olması üçün kömək etməyə hazırdır”.

“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Səid Xətibzadə deyib.

Xətibzadə Azərbaycanla Ermənistan arasında sərhəd qarşıdurmalarının davam etməsindən narahatlığını ifadə edib.

O, qarşıdurmalar nəticəsində həlak olan və yaralılarla bağlı başsağlığı verib, hər iki tərəfi təmkinli olmağa çağırıb və sərhədlə bağlı mübahisələrin dinc yolla həll olunmasının vacibliyini vurğulayıb.

XİN rəsmisi, həmçinin hər iki ölkənin gərginlik və qarşıdurmaların aradan qaldırılmasının və tərəflərin beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməsinin vacibliyini qeyd edib. 

O, İranın bölgədə davamlı sülhün bərqərar olmasına kömək etməyə hazır olduğunu deyərək, Cənubi Qafqaz regionunda ən qısa müddətdə davamlı sülhə nail olmağın vacibliyini vurğulayıb.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top