Şakira həbs edilə bilər

ŞOU-BİZNES 29 iyl 2021, 10:53
Dünyaca məşhur müğənni Şakira vergiləri ödəmədiyinə görə həbs edilə bilər.

“Rossiya 24” telekanalı məlumat verir ki, ifaçı ittiham irəli sürən tərəflə razılaşmasa, İspaniyada məhkum kürsüsündə oturmalı olacaq.

Şakira ilk dəfə 2019-cu ilin iyununda ehtimal olunan 14,5 milyon avro məbləğində vergini ödəmədiyi ilə bağlı ifadə verib. Uzun araşdırmadan sonra müğənninin hakim qarşısına çıxmasına qərar verilib.

İspaniya prokurorluğu onu altı vergi cinayətində günahlandırır. Günahı sübut olunacağı təqdirdə Şakiranı həbs gözləyir.(oxu.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top