Tokio-2020: Sabah daha üç idmançımız mübarizəyə qoşulur

İDMAN 27 iyl 2021, 23:35
"Tokio-2020” Yay Olimpiya Oyunlarının altıncı günündə Azərbaycanın üç idmançısı mübarizəyə qoşulacaq.

Demokrat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 06:00-dan etibarən cüdoda kişilərin 90 və qadınların 70 kq çəki dərəcələri üzrə görüşlər keçiriləcək.

Azərbaycan kişilərdə Məmmədəli Mehdiyevlə təmsil olunacaq. Lakin idmançımız ilk görüşdən azaddır. Məmmədəli 1/8 finalda Rafael Masedo (Braziliya) – İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.

İndoneziya əsilli badmintonçu Eydi Reski Dvikahyo L qrupunda sonuncu – ikinci görüşünü saat 15:00-da keçirəcək. Onun qrup qalibi olması üçün son Avropa çempionu Anders Antonseni (Danimarka) məğlub etməsi lazımdır.

Həmçinin Kuba əsilli boksçumuz Alfonso Dominqes 81 kq-da mübarizəyə qoşulacaq. O, saat 15:27-də 1/8 final çərçivəsində Dilşadbəy Ruzbetovla (Özbəkistan) görüşəcək.

Qeyd edək ki, indiyədək 17 idmançımız Olimpiada ilə vidalaşıb. Hələ ki, heç bir idmançımız Azərbaycanın aktivinə medal yazdıra bilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top