Tokio-2020: Azərbaycan paralimpiyaçılarından 36-cı lisenziya

İDMAN 26 iyl 2021, 21:30
Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Milli Paralimpiya Komitəsidən Demokrat.az-a verilən məlumata görə, atletika idman növü üzrə milli komandanın üzvü Orxan Qasımov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək, paralimpiadada iştirak hüququ əldə edib.

Bununla da Azərbaycan paralimpiyaçılarının qazandığı lisenziya sayı 36-ya çatıb və bu, rekord göstəricidir. Onlardan 12-si atletika, 11-i cüdo, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.

Qeyd edək ki, paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top