Elçibəyin Allahşükür haqda sensasion çıxışı: “Türk millətini gözdən salırsan, ayıb deyilmi?” — VİDEO


GÜNDƏM 24 iyl 2021, 16:52
Allahşükür Paşazadənin “Xomeneinin fətva verməsi bizi qələbəyə apardı” fikrinə ictimaiyyətin etirazı davam etməkdədir.

“Yeni Sabah” bildirir ki, mübahisələrin davam etdiyi bir zamanda hələ illər öncə eks-prezident Əbülfəz Elçibəyin Şeyxülislam haqda dediyi fikirlər bu gün də öz aktuaalığını saxlamaqdadır. Elçibəy öz çıxışında şeyx haqda belə demişdi: 

“Mənim sözümə görə şeyxə deyilən sözlərdən camaat inciyir. Xalq inciyir ki, bəs şeyxlə nə işim var? 

Mən başa düşmürəm, şeyx cənabları. İkisini deyəcəm, çox şey deməyəcəm. Əlikram Hümbətovun adamları, “Bu türklər haradan çıxıb, bu Azərbaycan nə türküdür, biz azərbaycanlıyıq, türklüyü haradan gətirdilər buraya, bunlar rədd olsunlar buradan”,- deyəndə, şeyx həzrətləri, sən orada - Əlikram Hümbətovun yanında oturmuşdun və sakit baxırdın, arada başını yırğalayırdın. 

Yaxşı, bunu qoyaq qırağa, şeyx həzrətləri, sənə nə düşmüşdü ki, bir ay bundan qabaq qəzetdə böyük bir müsahibə verirsən ki, türklər başqadır, biz başqayıq. Qardaş olsaq da, ciblərimiz ayrıdır, onlar öz xeyirlərinə çalışırlar. Sən şeyxsən, sən şər deyirsən. 

Deyirsən ki, məsciddə Atatürkün şəkli var, mən də adam göndərib yoxlatdırıram ki, heç bir zaman Atatürkün şəkli məsciddə olmayıb. Bəs bu şəri niyə deyirsən, ona görə deyirsən ki, sənə deyirlər ki, məsciddə Xamneyinin şəkli olmaz. Sən onu çıxarmaq əvəzinə, adamları göndərirsən o tərəfə ki, məsələ getsin Atatürkün üstünə. 

Nədir sənin məqsədin? Nə istəyirsən bu millətdən? Bu millət niyə susur? Mən gerçəyi demişəm, yalan deməmişəm, böhtan deməmişəm. Sənin nə haqqın var, səni nə idi qıcıqlandıran ki, bir səhifə müsahibə verib türk millətini gözdən salırsan, ayıb deyilmi?”.

 



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top