“Media haqqında” Qanun ictimaiyyətə açıqlanacaq — Əhməd İsmayılov

MEDİA 22 iyl 2021, 22:34
“Media haqqında” Qanun layihəsinin mətni artıq yekunlaşmaq üzrədir.
 
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib. O bildirib ki, layihə bitdikdən sonra ictimaiyyətə açıqlanacaq.
 
Ə.İsmayılov Azərbaycanla digər ölkələr arasında beynəlxalq media platformalarının yaradılmasının əhəmiyyətindən də söz açıb: “Artıq Azərbaycan və Türkiyə arasında belə platformanın icrası tərəfimizdən təmin edilməkdədir. Belə media platformalarının sayının artırılması gələcəkdə Azərbaycan mediasının güclənməsi və Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılmasına köməklik göstərəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top