Meyxanaçı Kərimə AĞIR İTKİ

ŞOU-BİZNES 22 iyl 2021, 16:57
Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimə (Kərim Novruzov) ağır itki üz verib.

Demokrat.az xəbər verir ki, meyxana ustadı Ağamirzə Kərimin qardaşının dünyasını dəyişdiyini bildirib:

“Kərimdən yaşca kiçik idi. Onun səhhəti Kərimdən də ağır idi, şəkər xəstəliyindən əziyyət çəkirdi. Ayağını kəsdilər, böyrəkləri işləmədi, həftədə bir neçə dəfə dializə gedib-gəlirdi. Müalicənin köməyi olmadı, on gün olar ki, rəhmətə gedib”.

Kərimin sağlıq durumuna gəlincə, sənət dostu onun səhhətində müsbət irəliləyiş olmadığını deyib:

“Kərim necə var elədir, səhhətində müsbət dəyişiklik yoxdur. Ümidimiz Allahadır. Heç qardaşının ölümündən də xəbəri yoxdur, o halda deyil ki, ona ağır xəbər versinlər. Kərim heç yaxşı deyil”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top