VAZ-2107 "aeroport" yolunda xuliqanlıq edib yolu bağladı — Jurnalistə hücüm çəkib təhqir etdi

HADİSƏ 21 iyl 2021, 22:03
Bu gün axşam saatlarında VAZ-2107 markalı avtomobilinin sürücüsü “Aeroport” yolunda avtoxuliqanlıq edib.

Manset.az xəbər verir ki, 90-KD-119 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobilin sürücüsü adıçəkilən yolda naməlum səbəbdən idarə etdiyi maşını yolun ortasında saxlayaraq hərəkəti tam məhdudlaşdırıb. Nəticədə prosoektdə böyük tıxac yaranıb, yolda qalan insanlar isə narazılıq edib.

Hadisə yerində olan Manset.az-ın əməkdaşı məlum hadisəni lentə almaq istəyərkən həmin xuliqanlıq etmiş sürücü saytın əməkdaşına hücum edib, onun mobil telefonunu sındırıb və nalayiq sözlərlə təhqir edib.

Məsələ ilə bağlı polis orqanlarına müraciət edilib. Hazırda qanunazidd əməllər törədən sürücü  axtarılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top