Gürcüstan Azərbaycandan çay tədarükünü azaldıb

BİZNES 19 iyl 2021, 21:30
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 2,3 milyon ABŞ dolları dəyərində 375,4 ton çay idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə məhsulun həcmində 7,4 ton və yaxud 1,9% azalma qeydə alınıb.

İlin I yarısında Azərbaycan qonşu ölkədən 1 milyon ABŞ dolları dəyərində 148 ton çay tədarük edib ki, bu da ötən ilin eyni göstəricisindən 12,4% çoxdur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top