Pekin su altında qaldı: 370 aviareys ləğv olundu

DÜNYA 19 iyl 2021, 23:01
Pekində iki gündür davam edən aramsız leysan ciddi fəsadlara yol açıb.

Çin paytaxtının bəzi hissələrində yüzlərlə avtomobil suyun altında qalıb, ağaclar qırılıb, evləri su basıb.

Təbii fəlakət səbəbindən şəhərin hava limanlarında 370 təyyarə reysi ləğv olunub. 250 aviareys isə gecikmə ilə qəbul edilib.

Sinoptiklər yaxın günlərdə də yağışların davam edəcəyini, lakin onların intensivliyinin azalacağını bildiriblər.(oxu.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top