Bərdə toyunda kütləvi zəhərlənmə

HADİSƏ 19 iyl 2021, 00:30
Bərdədə baş tutan toy mərasimlərindən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nazırlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, həyətdə baş tutan toy mərasimində 20-yə yaxın şəxs qidadan zəhərlənib. 

Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top