“Delta” və “Delta plus” ştammlarından necə qorunaq? — AÇIQLAMA

SOSİAL 18 iyl 2021, 14:47
İki ilə yaxıdır davam edən pandemiyada COVID-19-a qarşı mütəmadi olaraq mübarizə aparılsa da virusun mutasiyaya uğrayan Böyük Britaniya və Hindistan ştammları, o cümlədən "Delta” və "Delta plus” ştammları dünyada sürətlə yayılmağa başlayıb. Bunlardan ən ağırı və daha çox yoluxucu olanı isə "Delta” ştammıdır. Bu virusdan necə qoruna bilərik?

Demokrat.az xəbər verir ki, bu haqda "Real TV”yə danışan həkim-infeksionist Natiq Əliyev, virusdan qorunmağın yeganə yolunun müəyyən izolyasiya qaydalarına əməl etmək olduğunu bildirib:

"Bu virusdan fərqli izolyasiya qaydaların əməl etməklə qoruna bilərik. COVID-19 əleyhinə aparılan vaksinasiya prosesinin bütün ştammlar üçün effektiv olduğunu nəzərə alsaq, onlar "Delta” ştammına yoluxsalar da, peyvənd vurulubsa həmin şəxslərdə xəstəlik yüngül formada olacaq”.

Mütəxəssislərin sözlərinə görə, bu ştammdan qorunmağın ən yaxşı yolu vaksinasiya olunmaqdır. Hazırda ölkəmizdə hökm sürən sabit epidemioloji vəziyyət də indiyə qədər aparılan düzgün peyvəndlənmə prosesindən xəbər verir.

Qeyd edək ki, virusun əvvəlki simptomları öskürək, temperatur, dad bilmə və qoxu bilmə qabiliyyətinin itirilməsi idisə, "Delta” ştammının əsas simptomları baş ağrısı, burun axması, asqırma və boğaz ağrısıdır. Əvvəl yaşlılar bu virusa tez yoluxurdusa, hazırda gənclər daha çox üstünlük təşkil edir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top